AZ

Ailədaxili cinayətlər ARTIR – İnsanlar nəyi BÖLƏ bilmir?

Azərbaycanda son bir ayda mətbuatda xeyli sayda ailədaxili cinayətlər haqqında məlumat qeyd olunub. Bəzi cinayətlərdə valideynin ölümündə övlad, övladın ölümündə valideyn, yaxud qayınananın ölümündə gəlin və ya əksinə şübhəli bilinərək saxlanılıblar.

Qətllərin də əskəriyyəti xüsusi amansızlıqla törədilib və ya uzun müddət gizlədilib.
 

MÖVZU İLƏ BAĞLI

Bölgələrdə ailədaxili cinayətlər niyə ÇOXALIB? – Psixoloq səbəbləri AÇIQLADI 


Azərbaycan xalqı ailə dəyərləri ilə seçilib, xüsusilə, ana-övlad, övlad -ata arasındakı bağ, sevgi, hörmət əsas dəyərlərdəndir. Lakin son zamanlar, xüsusilə, son günlər bunlar arxa planda qalıb.

Bəs bu dəyərlərin itməsinə səbəb nədir? İnsanlar ailə daxilində nəyi bölə bilmirlər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Fuad Əsədov deyib ki, insanlar gərgin hallarda necə davranacağını bilmirlər:

“Son dövrlərdə ailədaxili cinayətlərin artması cəmiyyətin həm psixoloji, həm sosial, həm də hüquqi problemlərinin bir yığımı kimi çıxış edir. İnsanlar getdikcə daha çox stress, depressiya və emosional yüklənmə yaşayır, lakin bu gərginliklə necə davranmalı olduqlarını bilmir və ya dəstək ala bilmirlər.


Ailə münasibətləri hələ də patriarxal və toksik modellərə əsaslandığından, ünsiyyət yerinə itaət, sevgi yerinə qorxu ön plana çıxır”.

O, bildirib ki, maddi çətinliklər və sosial bərabərsizlik ailədaxili münasibətləri gərginləşdirir:

“Xüsusilə də güc balansı pozulanda insanlar arasında qəzəb və idarəetmə ehtiyacı yaranır.
 

Təhsildə emosional savadlılığın olmaması, psixoloji dəstək xidmətlərinin əlçatmazlığı və zorakılığa qarşı hüquqi mexanizmlərin zəif işləməsi bu gedişatı daha da pisləşdirir. Sevgi və hörmətin yerini güc və nəzarət alanda, xüsusilə psixoloji gərginliklə birlikdə, nəticə faciəvi olur.


Bu problemi çözmək üçün psixoloji dəstəyə çıxışı artırmaq, emosional bacarıqları uşaqlıqdan öyrətmək, ailədaxili zorakılığa qarşı qanunları gücləndirmək və mətbuatın məsuliyyətli davranmasını təmin etmək həyati əhəmiyyət daşıyır”.

Günay Şahmar, Bizim.Media

Seçilən
10
bizim.media

1Mənbələr