
ABŞ müdafiə naziri Pit Hegset gələn il Tennessi ştatında keçiriləcək qubernator seçkilərində namizədliyini irəli sürməyi nəzərdən keçirir. NBC News-un məlumatına görə, əgər Hegset bu qərarı qəbul edərsə, Pentaqondakı postunu tərk etməli olacaq.Telekanalın mənbələrinin verdiyi məlumata görə, Hegset son üç həftə ərzində bu məsələni ciddi şəkildə müzakirə edib və seçki kampaniyasına başlamağı planlaşdırıb. Lakin Pentaqonun qaydalarına əsasən, o, qubernatorluğa namizəd olmaq üçün müdafiə naziri postundan istefa verməlidir. Bu da ABŞ Müdafiə Nazirliyində son illərin ən böyük kadr dəyişikliyi olacaq.Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bu xəbəri təkzib edib və NBC-yə verdiyi açıqlamada bildirib ki, nazir Hegset hələ də prezident Trampın rəhbərliyi altında xidmətə və Müdafiə Nazirliyinin fəaliyyətində “Əvvəlcə Amerika” prinsipinin həyata keçirilməsinə tam diqqət yetirir.Parnell əlavə edib: “NBC adlı yalançı telekanal yenə də uydurma xəbərlə gündəmə gəlməyə çalışır. Yalnız iki variant var: ya mənbələri saxtadır, ya da jurnalistlərini kimsə aldadıb”.NBC News-un məlumatına görə, əgər Hegset həqiqətən qubernatorluğa namizədliyini irəli sürərsə, prezident Tramp onun vəzifəsini müvəqqəti olaraq ABŞ Quru Qoşunları naziri Daniel Driskolla və ya müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbridj Kolbiyə həvalə edə bilər.Ulusum.az
Diqqət Çəkənlər
Məşhur aktrisa:“Gündə bir əsas yemək və hərəkət – sağlamlığımın sirri!” - FOTO
Yəməndə gərginlik: ABŞ gəmiləri təhlükədədir?
Kamçatkada 8,7 bal gücündə zəlzələ: 4 metrlik sunami dalğaları və təxliyə həyəcanı - VİDEO