AZ

Büdcədən vəsait ayrılsa da, Turizm Agentliyinin qurumlarına aid işlər digərlərinə ötürülüb

BAKI, 30 iyul. TELEQRAF

2021-2024-cü illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin icrası zamanı bir sıra hallarda Dövlət Turizm Agentliyinin tabeliyindəki qurumların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri vəsaitlərin ayrılması fonunda funksiyaların digər qurumlara ötürülməsi hallarına rast gəlinib.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının agentlikdə keçirdiyi 2021-2024-cü illəri əhatə edən auditin nəticələrində qeyd olunub.

Eyni zamanda, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də Agentliyin funksional fəaliyyəti və vəzifələri üzrə mütəxəssis (kadr) hazırlığı nəzərdə tutulmadığı halda, Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriya Respublikasının İMC KREMS Tətbiqi Elmlər Universiteti arasında İMC Transmilli proqramın tərtibi və həyata keçirilməsinə dair bağlanılmış müqavilələrə əsasən 2021-2023-cü illərdəümumilikdə 899,5 min manat büdcə vəsaiti ödənilmişdir.

Seçilən
48
teleqraf.com

1Mənbələr