BAKI, 30 iyul. TELEQRAF
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişQurbanəli Yusifovun nümayəndəsi çıxış edib. Nümayəndə bildirib ki, zərərçəkmişlə yeni müqavilə bağlayıb, cinayət işi ilə tanış olmayıb. O, məhkəmənin təxirə salınmasını, ona işlə tanış olması üçün vaxt verilməsini istəyib.
A. Qasımlının vəkillər buna etiraz ediblər. Vəkil Rövşanə Rəhimli bildirib ki, zərərçəkmiş şəxs iyulun 17-d elektron məhkəmə sisteminə məktub yerləşdirib və vəkilin iyulun 24-ə kimi məhkəməyə gələ bilməyəcəyini qeyd edib: "Bu gündə iyulun 30-du. Həmin axtdan 6 gün keçib. Bu bir daha sübut edir ki, vaxt istəməklə süründürməçilik edirlər. Vəsatətin təmin olunmaması istəyib ".
Az. Qasımlının digər vəkili Aqil Layıcda vəsatətin rədd edilməsini istəyib. Qeyd edib ki, cinayət işi ilə tanış olmaq üçün zərərçəkmiş şəxsə vaxt verilməsi üçün qanunda birbaşa heç bir hal nəzərdə tutulmayıb.
Yerində müşavirə keçirən hakimlər heyəti vəsatəti təmin etməyib.
Daha sonra zərərçəkmiş qismində Q. Yusifov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslə heç bir düşmənçiliyi yoxdur. Onun sözlərinə görə, dostluq münasibətləri olub və bir-birlərinin evinə qonaq gediblər: "Biz Real partiyasından tanış olmuşuq. Mən partiyanın iclaslarında iştirak etmişəm. Partiyadan ayrılandan sonra da münasibətlərimiz olub".
Zərərçəkmişin sözlərinə görə, A. Qasımlı ona borclu olduğunu iddia edir: "Mənim şəxsə borcum olmayıb. Bizim iş birliyimiz olub. Kriptovalyyuta işi ilə əlaqəm olub. Bununla bağlı mənim çıxışlarım da var. Mən çıxışlarında bunun qazancı olduğu kimi risklərini də izah etmişəm. Azər Qasımlı da bu işlə məşğul olmaq istəyib. Ona da qazancla yanaşı uduzmağı da riskli olduğunu demişəm. Mənim heç vaxt hesabdan çıxarış etmək imkanım olmayıb. Bununla bağlı kommersiya məhkəməsində demişəm. 20 min dollar yatırım etmişdi. Müharibə dövründə internet olmayanda kriptovalyyutalarda dəyər düşdü. Məndən ziyanın əvəzi olaraq bitkoun tələb etməyə başladı. Ona dedim ki, bitkoun almadığını dedim. Axırda onun pulunu qaytarmağa razılaşdım. Amma məndən pul yox, bitkoun tələb etməyə başladı"
Zərərçəkmiş bildirib ki, birimcimdəfə təzyiq altında 45 min dollar borclu olmağı barədə sənəd imzalandıb. Onun sözlərinə görə, tez-tez zəng edib, onun əlindən ölkədən gedib: "Sonra zəngnedob və ailə üzvləri ilə hədələməyə başladı. Övladımı qaçıracağı ilə hədələyirdi. Həmin dövrdə Antalyada olduğumu bildirdi. Mənə də dedi ki, ora da əlim keçir, sıninoradda məhv edəcəm"
atası, anasının, övladını,
Proses sentyabrın 10-da davam edəcək.
İttihama görə, Azər Qasımlı zərərçəkmiş Qurbanəli Yusifovdan hədə-qorxu yolu ilə pul tələb edib.
Belə ki, A. Qasımlı kriptovalyuta oyunları üzrə gəlir əldə etmək üçün qeydiyyatdan keçib və daha sonra tanışı Q. Yusifovun da adını qazanc əldə etmək üçün qeydiyyata salıb. Daha sonra gəlir aşağı düşdüyü üçün zərərçəkmişi günahlandırıb. Ondan 45 min ABŞ dolları tələb edib. Əks halda özünü, ailə üzvlərini öldürəcəyi, azyaşlı uşağını oğurlatdıracağı ilə hədələyib, ondan həmin məbləği tələb etməyə başlayıb. Bundan sonra o, hədə-qorxu yolu ilə zərərçəkmişlə görüşüb, onu 10 min dollar borcu olması barədə sənədə etirafedici imza atmağa məcbur edib.
Bundan savayı, A. Qasımlı zərərçəkmiş şəxsə mesaj yazıb, azyaşlı övladının oxuduğu məktəbin yerini deməklə onu oğurladacağı ilə hədələyib. Bu yolla zərərçəkmişdən 6800 manat almağa nail olub.
İttihama münasibət bildirən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, özünün zərər çəkdiyini bildirib.