AZ

16 yaşdan kiçiklər üçün YouTube-u qadağan edilir

Avstraliya hökuməti YouTube videohostinq xidmətini 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə girişini qadağan edən qanuna tabe olan platformalar sırasına daxil etmək qərarına gəlib.

Referans xarici mediaya istinadla xəbər verir ki, bunu Avstraliyanın baş naziri Entoni Albanese bildirib.
"Əhəmiyyətli olan odur ki, Avstraliya hökuməti internet təhlükəsizliyi müvəkkilinin tövsiyələrinə uyğun olaraq, 16 yaşına çatmamış yeniyetmələr YouTube platformasında hesab yarada bilməyəcəklər", - o, Avstraliya mediası tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

Qeyd edək ki, bu günlərdə Türkiyədə də analoji qərar qəbul edilib.


Seçilən
13
referans.az

1Mənbələr