AZ

Noyer milliyə qayıdır? – DÇ-2026- üçün

“Bavariya”nın qapıçısı Manuel Noyer yenidən Almaniya millisinə qayıda bilər.

Msport.az xəbər verir ki, buna yığmanın hazırkı qapıçısı Mark-Andre ter Ştegenin zədələnməsi səbəb olub.

“Barselona”nın almaniyalı qolkiperinin belindən keçirdiyi əməliyyat ucbatından bir neçə ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Belədə DÇ-2026-da iştirak üçün daha təcrübəli olan 39 yaşlı Noyer yenidən milliyə dəvət ala bilər. Vetetan qolkiper özü də bu dönüşə hazırdır.

Qeyd edək ki, Manuel Noyer 2024-cü ilin avqustunda yığma karyerasını bitirdiyini elan edib.

Seçilən
37
msport.az

1Mənbələr