AZ

MÜTDA rəsmisi valideynlərə müraciət etdi

2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul prosesi 8 iyul tarixindən başlayıb. Valideynlər "mektebeqebul.edu.az" platformasına daxil olaraq, övladları üçün sorğu yerləşdirə bilirlər. Hazırda qəbul prosesi həm Azərbaycan, həm də rus bölməsi üzrə sərbəst şəkildə davam edir.Metbuat.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, indiyədək təxminən 55 min uşaq məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçib. Qəbul yalnız cari ildə 5 yaşı tamam olan, yəni 2020-ci il təvəllüdlü uşaqlar üçün nəzərdə tutulub. Proses sentyabrın 30-na qədər davam edəcək. Bu müddət ərzində valideynlər müraciətlərini sistemə daxil edib sənədləri məktəblərə təqdim edə bilərlər.Nurlan İsmayılbəyli valideynlərə də müraciət edib:
"Tədris ilinin başlanmasına az qaldığından, ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının və sənədləşmə işlərinin vaxtında tamamlanması vacibdir. Bu mərhələnin əhəmiyyətini nəzərə alaraq, valideynlərə xatırladırıq ki, 2025–2026-cı tədris ili üzrə övladlarını I sinfə elektron şəkildə qeydiyyatdan keçirmək istəyənlər "mektebeqebul.edu.az" portalına daxil olub şəxsi kabinet yaratmalı və məktəb, müəllim seçimini vaxtında etməlidirlər".

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
16
metbuat.az

1Mənbələr