AZ

Kanadada yaşayan soydaşlarımız üç böyük paradda ölkəmizi təmsil edib (FOTO)

Bakı. Trend:

Kanadanın Alberta əyalətində yaşayan Azərbaycan icması “HeritagePark Canada Day” və “Banff Canada Day” paradlarında ilk dəfə,“Stampede” paradında isə artıq ikinci dəfə ölkəmizi təmsilediblər.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, paradlarda milli ornamentlərlə bəzədilmiş xüsusikonstruksiyalı nəqliyyat vasitəsi üzərində ölkəmizin zənginmədəniyyətini əks etdirən simvollar nümayiş olunub. KompozisiyadaQız qalasının modeli, Azərbaycan xalçası, “Odlar Yurdu”nu simvolizəedən alov maketləri, musiqi alətləri, Qarabağ atlarının və Şuşaqalasının təsviri yer alıb.

Layihənin müəllifi Kalqari şəhərində fəaliyyət göstərənAzərbaycan icmasının rəhbərlərindən biri İradə Şamilovadır.Kompozisiyanın hazırlanmasında Kalqari icmasının fəalı AleksQubski, “Azerbaijan Calgary Stars” rəqs qrupu və digər könüllüləriştirak ediblər.

İradə Şamilovanın sözlərinə görə, təkcə “Stampede” paradı zamanıAzərbaycan bayrağı və milli musiqi sədaları altında irəliləyənqrupumuzu təxminən 300.000 nəfərə yaxın yerli sakin izləyib.Paradın onlayn izləyici sayı isə 5 milyon nəfərə çatıb. İcmamızınçıxışı tamaşaçıların alqışları, soydaşlarımızın sevinc və qürurhissi ilə qarşılanıb.

Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Seçilən
4
az.trend.az

1Mənbələr