31 iyul saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələr üzrə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.
Bu barədə AzEdu.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Nəzərinizə çatdırırıq ki, şəxsi səhifədə namizədlər tərəfindən qeyd edilən faktiki yaşayiş rayonuna uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələr üzrə vakansiya seçimi təşkil olunacaq. Vakansiya seçimində bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər 4 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
Məlumat üçün qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.