Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin iyulun 1-i vəziyyətinə görə, 281,8 min nəfərə bərabər olub. İyun ayının əvvəlində bu göstərici 282,9 min idi.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5344,1 min nəfər olmuş, onlardan 5062,3 min nəfərini məşğul əhali təşkil edib.
Qeyd edək ki, cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1769,2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 873,0 min nəfər, qeyri-dövlət sektorunda isə 896,2 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31,1 min nəfər, qeyri neft-qaz sektorunda isə 1738,1 min nəfər çalışıb.
Bizi sosial şəbəkələrdən izləyin!!