AZ

Davaya qarışan futbolçuya 3 illik həbs

Rusiyanın “Rotor” klubunun futbolçusu Vyaçeslav Bardıbaxin həbs olunub.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı futbolçu ötən il istirahət mərkəzində bir nəfəri döydüyü üçün ittiham edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hadisə oyunçu “Yenisey”də çıxış edən zaman olub. Ötən il mayın 13-də Vyaçeslav istirahət mərkəzində davaya qarışıb və bir nəfərə xəsarət yetirib. Xəsarət alan şəxsə kəllə-beyin travması diaqnozu qoyulub.

Məhkəmə futbolçunu 3 il müddətinə azadlıqdan məhrum edib.

Seçilən
19
futbolpress.az

1Mənbələr