AZ

Bu ilki sertifikatlaşdırma prosesində 2 343 nəfər müvafiq keçid balını toplamayıb

Builki sertifikatlaşdırma prosesində 2 343 nəfər müvafiq keçid balını toplamayıb.

News24.az  xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli brifinqdə deyib.

O qeyd edib ki, sertifikatlaşdırmada uğur qazanmayan şəxslərin sosial vəziyyətləri və məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə yerli təhsili idarəetmə orqanlarında xüsusi komissiyalar yaradılıb:

“Komissiyalar tərəfindən keçirilmiş fərdi görüşlər nəticəsində sosial həssaslıq meyarları əsasında prioritetlik səviyyələri müəyyən edilib və işlə təmin olunma istiqamətində müvafiq tədbirlər görülüb. Bildiririk ki, cari ildə baş tutmuş sertifikatlaşdırma prosesində 2 343 nəfər müvafiq keçid balını toplamayıb. Müvafiq komissiyalara müraciət edən şəxslərin sayı 872 nəfər olub. Prosesin şəffaflığı və sosial ədalət prinsipləri əsasında aparılması məqsədilə müvafiq monitorinq və təhlil işləri yerli təhsil idarəetmə orqanlarının nəzarətində saxlanılır”.

Seçilən
60
10
news24.az

10Mənbələr