Bakı, 30 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində yaşayan uşaqlar üçün yay gəzintisi təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir çərçivəsində uşaqlar dəniz kənarına aparılıblar. Onlar dənizdə çimmək və müxtəlif əyləncəli oyunlarda iştirak etmək imkanı qazanıblar.
Yay gəzintisi sosial xidmət alan uşaqların psixoloji rifahını dəstəkləmək, sosial bacarıqlarını inkişaf etdirmək və onların cəmiyyətə inteqrasiyasını təşviq etmək məqsədi daşıyıb.