Azərbaycan Beynəlxalq Bankı (ABB) “Qarabağ” klubunun rəsmi tərəfdaşı olub.


Rekord.az xəbər verir ki, ABB-nin mətbuat xidməti məlumat yayıb.


ABB klubun fəaliyyətini dəstəkləyəcək, onun yaşıl meydanlarda daha böyük uğurlar qazanmasına töhfə verəcək.


Tərəfdaşlıq razılaşması ölkəmizdə uşaq futbolunun inkişafına qarşılıqlı köməyi, o cümlədən uşaqlar üçün futbol məktəbinin yaradılması kimi birgə layihələri də əhatə edir.