Cahid İmanlı: Seçimi qətiyyən şəhərə və ya universitetə görə etməyin
Avqust ayının ortalarında ali təhsil müəssisələrinə ixtisas seçimi aparılması planlaşıdırılr.
Nunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hələ qabiliyyət imtahanları və apellyasiyalar davam edir: “İxtisas seçimi başlayandan sonra 10 gün davam edəcək”.
Təhsil eksperti Cahid İmanlı “Sherg.az”a bildirdi ki, abituriyentərin ixtisas seçimini şərtləndirən iki əsas obyektiv amil var:
“Birincisi abituriyentin topladığı faktiki balı, ikincisi isə onun ödənişli ixtisasda oxuyub-oxumama arzusu, yəni maddi durumudur. İxtisas seçimi zamanı abituriyent yaxşı olardı ki, bu sahədə təcrübəsi olan, peşəkar mütəxəssiəslərə müraciət etsin. Seçimi zamanı abituriyent ilk növbədə özü üçün bir və ya bir neçə önəmli ixtsası müəyyənləşdirməlidir, hansı ki o ixtisasların balının yüksək olub-olmamasının heç bir önəmi yoxdur. Əsas məsələ gələcəkdə həmən ixtisasın əmək bazarında yeri olan, perspektiv vəd edən ixtisas olmasıdır. Abituriyentlərə səslənirəm ki, seçimi qətiyyən şəhərə və ya universitetə görə etməyin. İlk olaraq ixtisası müəyyən edin sonra niversitet seçimini edin. Balınızın çatdığı halda universitetin dövlət və ya özəl olduğu önəmli deyil, əsas həmin universitetin reytinqidir. Məsələn hazırda elə özəl universitetlər var ki, onları bitirdikdən sonra iş tapmaq şansın demək olar ki 100 faizə bərabərdir. Univetsitetlərin bəzilərinin beynəlxalq əlaqələri, ikili diplom layihələri daha çoxdur, bunları seçim zamanı dəyərləndirmək lazımdır. Ona görə də məhz qeyd etdiyim kimi mütəxəsisə mürüciət etmək daha yaxşı olardı”.