İsti yay aylarında- iyun, iyul, avqust aylarında Bakıda ağacların susuzluqdan yanıb- quruması heç kimə sirr deyil. Dünyanın isə yaşıllıqlara, gözəlliklərə böyük ehtiyac var. Və bir şəhərdə, qəsəbədə , kənddə o yaşıllıqlara xidmət etmək , qorumaq müəyyən qurumların vəzifə borcudur!Amma indi, gəlin görək, o qurumlar bu vəzifənin öhdəsindən gələ bilirmi?
Təbii ki, bu suala birmənalı cavab vermək mümkün deyil. Amma gəlin onunla razılaşaq ki, yaşıllıqlara xidmət edən, onu qoruyan bir neçə qurum var: yaşıllaşdırma idarələri, icra hakimiyyətləri, mənzil kommunal təsərrüfatı birlikləri və bələdiyyələr! Yeni Günəşlidə baxımsızlıq üzündən küknar, çinar, zeytun, söyüd ağacları quruyur.
Hansı ki, adını çəkdiyimiz bu qurumlarda nə qədər adam işləyir və dövlətdən hər ay yüksək maaş alırlar.Heç olması yay aylarında bir dəfə o ağaclara suyu maşınlarla gətirməklə həmin ağacları suvarmaq olar və onların qurumasının qarşısını almaq mümkündür. Qaraçuxur Bələdiyyəsi hər nə qədər əmlak vergisi yığır. Bir dəfə olsun belə bu bələdiyyə bir yeni təşəbbüslə çıxış edib abadlıq işləri görməyib.
Ən azından Yeni Günəşlidəki ağacları yay aylarında suvarıb , qorumaqdan xilas etmək olar. Bir adam dəfələrlə Qaraçuxur Bələdiyyəsinə sədr seçilib. Görəsən, hansı işinə görə?Əgər bələdiyyə qəsəbənin bir abadlıq işinə, bir yaşıllığına kömək etmirsə, bu qurum və kimə və nəyə lazımdır! Üstəlik də o yığılan pullar hara və kimin cibinə axır? Görünən odur ki, isti yay günlərndə baxımsızlıq üzündə su verilmədiyini görə , yaşıllıqlar quruyur! Və belə getsə, bundan sonra da quruyacaq!!!
Emil Faiqoğlu