AZ

Litva Belarusa qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir

Bakı. Trend:

Litva Belarusa qarşı mövcud sanksiyaları sərtləşdirməkniyyətindədir.

Trend xəbər verirki, bu barədə jurnalistlərə Litvanın xarici işlər naziri KestutisBudris bildirib.

“Sanksiya siyasətinə yenidən baxılması və ya onun yumşaldılmasıilə bağlı heç bir proses yoxdur. Əksinə, biz sanksiyaların əhatədairəsinə baxırıq, onu necə genişləndirə biləcəyimizi və hansıəlavə təsir tədbirlərini tətbiq edə biləcəyimizi nəzərdənkeçiririk”, – deyə o qeyd edib.

Nazir bu açıqlamanı Litvanın Belarus gübrələrinin Klaipedalimanı vasitəsilə tranzitinin bərpasına razı ola biləcəyi ilə bağlımediada yayılan məlumatlara cavab olaraq verib.

Bildirilirdi ki, guya Litva bu razılığa “Belaruskalij” şirkətiLitvaya qarşı 12 milyard avro məbləğində beynəlxalq arbitrajiddiasını geri çağıracağı təqdirdə gələ bilər.

Budrisin sözlərinə görə, bu məsələ ilə bağlı Belarus tərəfi iləheç bir təmas olmayıb.

Məqalədə:
Seçilən
16
az.trend.az

1Mənbələr