AZ

Daxili işlər naziri Astarada vətəndaşların müraciətlərini dinləyib

Bakı, 30 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 29-da və 30-da Astara Rayon Polis Şöbəsinin inzibati binasında vətəndaşların müraciətlərini dinləyib.

Nazirliyin mətbaut xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir əvvəlcə Umummilli Lider Heydər Əliyevin Astara rayonundakı abidəsini ziyarət edib, xatirəsinə ehtiramını bildirib.

Rayon Polis Şöbəsinin inzibati binasında Yardımlı, Astara, Lerik, Masallı rayonlarından və Lənkəran şəhərindən olan 454 vətəndaşın müraciəti dinlənilib, onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verilib.

Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Daxili işlər naziri general-polkovnik V. Eyvazov həmin rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlar verib.

Nazir səfər çərçivəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Lənkəran rayonunda yerləşən hərbi hissəsinə gedib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Nazir V. Eyvazov Daxili Qoşunların hərbi hissəsinin sıra meydanında polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Vətən müharibəsinin 19 iştirakçısının iştirak etdiyi sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 297 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Seçilən
44
27
azertag.az

10Mənbələr