"Azərreyl" voleybol komandası heyətini gücləndirib.

Offsideplus.az xəbər verir ki, onlar İlhamə Əzizovanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı voleybolçu ilə 1 mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, "Azərreyl" sonuncu mövsümdə Azərbaycan çempionu olub.