AZ

Trampın keçmiş vəkili apellyasiya məhkəməsinə təyin olundu – Demokratlardan etiraz

ABŞ prezidenti Donald Trampın keçmiş vəkil və Ədliyyə Departamentinin əməkdaşı Emil Boveni federal apellyasiya məhkəməsində ömürlük vəzifəyə irəli sürməsi demokratların tənqidinə səbəb olub.

Turkustan.az xəbər verir ki, The Wall Street Journal-ın (WSJ) məlumatına görə, Senat Trampın keçmiş vəkili 44 yaşlı Boveni federal apellyasiya məhkəməsinə təyin etmək üçün 50-49 səslə səs verib.

Beləliklə Bove Delaver Nyu-Cersi və Pensilvaniya ştatlarında işlərə baxan 3-cü Dairə üzrə ABŞ Apellyasiya Məhkəməsində xidmət etmək üçün seçildi.

Emil Bove-nin federal apellyasiya məhkəməsindəki ömürlük müddəti demokratların tənqidinə səbəb olub.

Demokratlar Ədliyyə Departamentində xidmət edərkən səlahiyyətlərindən sui-istifadə etdiyini iddia etdikləri Bove ilə bağlı "etik narahatlıqlarını" ifadə ediblər.

Bove Trampın 2016-cı il prezident seçkiləri zamanı böyüklər kino aktrisası Stormi Danielsə qanunsuz susqunluq pulu ödəməsi ilə bağlı 18 mart 2023-cü ildə Manhetten Bölgəsi Prokurorluğu tərəfindən başladılan istintaqda Trampı təmsil edib.

Tramp vəkilləri Todd Blanş Emil Bove və Con Saueri Ədliyyə Nazirliyində yüksək vəzifələrə təyin edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
15
turkustan.az

1Mənbələr