AZ

Ölülərlə Tanrıların görüş yeri: Arxeoloqlar ən qədim qapını tapdı

Misirin Saqqara nekropolunda aparılan arxeoloji qazıntılar zamanı adı indiyədək məlum olmayan Userefre adlı şahzadənin yeraltı məzarında unikal bir tapıntı üzə çıxarılıb.

Kulis.az xəbər verir ki, qədim əsərlər üzrə nazir Dr. Zahi Havassın rəhbərlik etdiyi arxeoloq qrupu bu günə qədər Misirdə aşkar edilmiş ən böyük ölçülü “saxta qapı”nı aşkarlayıb.

Hündürlüyü 4,5 metr, eni 1,15 metr olan bu nəhəng qapı çəhrayı qranitdən hazırlanıb. Ənənəvi olaraq, saxta qapılar Misir məzarlarında əsasən əhəngdaşından düzəldilirdi. Lakin çəhrayı və qırmızı qranit nadir material hesab olunur və təxminən 650 kilometr məsafədə yerləşən Asvan bölgəsindən gətirilirdi. Bu səbəbdən belə daşlar yalnız kral ailəsinin üzvləri üçün istifadə olunurdu.

Mütəxəssislər bildirirlər ki, qapı funksional deyil, simvolik məna daşıyır. Qədim Misirdə bu cür “saxta qapılar” ölənin ruhunun o biri dünyaya keçidini təmin edən mənəvi keçid kimi qəbul olunurdu.

Tapıntı qədim Misir inancı və memarlığı haqqında yeni məlumatlar əldə etmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Seçilən
31
kulis.az

1Mənbələr