AZ

AZİPS və AÖS sistemləri üzrə əməliyyatlar artıb, XÖHKS üzrə isə azalıb

2025-ci ilin iyun ayında Azərbaycanda hesablaşma sistemləri üzrə tranzaksiyalar dinamikası müxtəlif istiqamətdə dəyişib.

Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS), Ani Ödənişlər Sistemi (AÖS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) vasitəsilə aparılan əməliyyatlar üzrə fərqli nəticələr qeydə alınıb.

Hesabat ayı ərzində AZIPS vasitəsilə ümumi həcmi 57,9 milyard manat olan 186,8 min ədəd əməliyyat icra olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,6% (5,1 milyard manat) və 13% (21,5 min əməliyyat) artım deməkdir.

Ani Ödənişlər Sistemi üzrə isə kəskin artım müşahidə edilib. İyunda 393,5 min əməliyyatla 180,5 milyon manatlıq ödəniş həyata keçirilib. 2024-cü ilin iyunu ilə müqayisədə əməliyyat sayı 6,6 dəfə, həcmi isə 2,3 dəfə artıb.

Əksinə, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə əməliyyatlarda azalma qeydə alınıb. Həcmi 3,6 milyard manat, sayı isə 9,9 milyon olan əməliyyatlarla ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9% (271 milyon manat) və 22,4% (təqribən 2,8 milyon əməliyyat) azalma baş verib.

Fuad Mədətov
Finss.az

Seçilən
9
fins.az

1Mənbələr