AZ

Moskva çəkinir və çəkindirir: "Bakı ilə İrəvanın NATO ilə münasibətləri dərinləşdirməyəcəyinə ümid edirik"

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Matiya Zaxarova NATO-nun Cənubi Qafqazdakı varlığını möhkəmləndirməyə çalışdığını bəyan edib. Zaxarova gündəlik brifinqdəki çıxışında alyansla əməkdaşlıq imkanlarının genişləndirilməsi barəsində Azərbaycan mətbuatında dərc edilən xəbərlərə şərh verərkən bu sözləri söyləyib.

Zaxarovanın sözlərinə görə, "NATO-nun addımları region ölkələrinin resurslarından və potensialından kollektiv Qərbin maraqları üçün istifadə etməyə yönəlib. Bu özünün Rusiya ilə mövcud geosiyasi qarşıdurma fonunda daha da aşkar göstərir".

Zaxarova deyib: "Alyans postsovet məkanında bərabərhüquqlu dialoqa can atmır. Onun hədəfi - respursların yenidən bölünməsi, ölkələr arasında münaqişələrin alovlandırılması və bölgədə sabitliyi pozmaqdır".

Zaxarova Azərbaycan və Ermənistan da daxil olmaqla, region dövlətlərinin "NATO ilə münasibətlərin potensial risklərini dərk edəcəklərinə ümidvar olduğunu" bildirib.

Zaxarova söyləyib ki, alyansın öz varlığını möhkəmləndirdiyi bölgələrdə, bir qayda olaraq, cəbhələşmə güclənir, gərginlik artır, "sülh və sabitlik" anlayışları Qərbin irəli sürdüyü "yeni normallıq" ilə əvəzlənir.

Hürr Tərcüman

 

Seçilən
5
hurriyyet.az

1Mənbələr