Bakı. Trend:
Cari ilin yanvar-may aylarında Azərbaycana xaricdən 125 ədədavtobus (sıxılmaqdan alışan daxili yanma mühərrikləri (dizel və yayarımdizel) ilə) gətirilib.
Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu sayda avtobusların idxalının dəyəri 8,3 milyonABŞ dolları olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə, miqdar ifadəsiilə 27 ədəd və ya 27,5%, dəyər ifadəsi ilə isə 2,3 milyon ABŞdolları və ya 38,9% çoxdur.
Hesabat dövründə ölkəyə idxal edilən bir ədəd avtobusun ortaqiyməti 66,3 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycanın avtobus idxal etdiyi ölkələrinsiyahısı:
Ölkələr | Miqdar (Ədəd) | Məbləğ (Min ABŞ dolları) |
Rusiya | 8 | 164,59 |
Çin | 35 | 2028,62 |
Koreya Respublikası | 50 | 2570,95 |
Türkiyə | 15 | 1350,09 |
Yaponiya | 3 | 201,15 |
Almaniya | 9 | 1696,81 |
İtaliya | 5 | 278,85 |