BAKI, 30 iyul. TELEQRAF
“Qəzza zolağında HƏMAS üzərində qələbənin girov məsələsindən daha vacibdir”.
Teleqraf xəbər verir ki, bunu İsrailin irs naziri Amicay Eliyahu deyib.
“Girov məsələsinə yalnız qələbədən və HƏMAS-ın məğlubiyyətindən sonra baxacağıq. İlk növbədə oğurlanan insanlar hazırkı missiyanın diqqət mərkəzində olmamalıdır. Bu çaşqınlıq biziindiyədək Qəzzada ilişdirib saxlayan şeydir. Bir çox insanlar girov məsələsini qələbə qazanmaqdan daha vacib hesab edirlər və bu, səhvdir”, - nazir vurğulayıb.