Turizm mütəxəssisi Rahib İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, çox uzun aradan sonra kazinoların fəaliyyətinə icazə verilməsi yenilik sayıla bilər:
“Kazino fəaliyyətindən yalnız yaxşı mənada istifadə edə bilərik. Bu ölkəmizə əlavə turist axını deməkdir. Bu mənada digər ölkələrin təcrübəsindən istifadə edə bilərik. Ən yaxşı nümunə kimi yaxın qonşumuz Gürcüstanı misal çəkə bilərik. Gürcüstan hökümətinin 2024-cü ildə kazinolardan əldə etdiyi gəlir təxminən 145 milyon ABŞ dolları dəyərindədir. Düzdür, bura tək kazino yox, həm də onlayn kazinolar da daxildir. Ancaq bununla belə istənilən halda bu ölkəyə yeni turist və büdcəyə gəlir deməkdir. Bu sahədə fəaliyyət göstərəcək kazinolar reklam kampaniyasına xüsusi önəm verməli və xarici turist bazarına daxil olmalıdır”.
Leyla Turan
Demokrat.az