AZ

“Çelsi” 19 yaşlı istedadı hədəfə aldı

“Çelsi” “Ayaks”ın mərkəz müdafiəçisi Yorrel Hatonu transfer etməyə yaxındır.

Publika.az xəbər verir ki, bu barədə “Sky Sports News” məlumat yayıb.

Bu gün iki klub arasında danışıqlarda irəliləyiş əldə olunub və tərəflər razılaşmaya çox yaxındır.

19 yaşlı futbolçu London klubunun strategiyasına uyğun gəlir. Belə ki, “Çelsi” aşağı əməkhaqqı müqabilində gənc, potensiallı və yüksək fədakarlığa malik oyunçulara üstünlük verir.

Seçilən
9
publika.az

1Mənbələr