AZ

Hüquqşünas: Rusiyada qanun sistemi heç vaxt tam müstəqil olmayıb

Fərhad Mehdiyev: Rusiyada Azərbaycan vətəndaşlarına qarşı müəyyən siyasi təqiblərin olduğunu müşahidə edirik

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumat bazasında axtarışda olan şəxslər siyahısına daxil edilib. O, Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarılır. 
Bu fakt son zamanlar Rusiyada azərbaycanlılara qarşı təzyiq və təqiblərin yenidən artdığını göstərir. Bu cür hallar Rusiya-Azərbaycan münasibətlərinə də mənfi təsir göstərir.

Mövzu ilə bağlı hüquqşünas Fərhad Mehdiyev Sherg.az-a açıqlama verib:

"Hüquqşünas olaraq ilkin mərhələdə ittiham aktı ilə tam tanış olub, oradakı sübutları araşdırdıqdan sonra daha doğru fikir bildirə bilərəm.
Amma ümumi mənzərə ondan ibarətdir ki, biz Rusiyada Azərbaycan vətəndaşlarına qarşı müəyyən siyasi təqiblərin olduğunu müşahidə edirik. Bu da Rusiyanın Azərbaycana təzyiq göstərmək məqsədi daşıdığını göstərir. Təzyiqin əsas forması isə oradakı soydaşlarımızın, diasporamızın fəaliyyətini məhdudlaşdırmaq və onları müxtəlif yollarla sıxışdırmaqla həyata keçirilir".

Elspert Azərbaycanın tələblərinin olduğunu xatırladıb:
"Xüsusilə də AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı Azərbaycanın tələbləri var. Rusiya geri addım atmaq, təyyarənin vurulduğu ilə bağlı qəbahətini qəbul edib kompensasiya ödəmək əvəzinə bu yola gedir. Təbii ki, bu qanunsuzdur. Rusiyada qanun sistemi heç vaxt tam müstəqil olmayıb, məhkəmələr isə həmişə siyasi təsirlər altında fəaliyyət göstərib".
Seçilən
31
sherg.az

1Mənbələr