AZ

Tramp Hindistanı BELƏ VURDU 

Hindistandan ABŞ bazarına tədarük edilən mallara 25 faiz rüsum tətbiq olunacaq.

KONKREt.az bildirir ki, bu barədə Ağ Evin rəhbəri Donald Tramp bildirib.

Səbəb kimi o, Yeni Dehlidən gələn yüksək tarifləri, ticarət maneələrini və Rusiya ilə əməkdaşlığı göstərib.

Tramp qeyd edib ki, Hindistan həmişə silahlarının böyük hissəsini Rusiyadan alıb və Çinlə yanaşı Rusiyanın enerji resurslarının ən böyük alıcısıdır.

“Hindistan avqustun 1-dən yuxarıda göstərilən hərəkətlərə görə 25% rüsum, eləcə də cərimə ödəyəcək”, – Tramp sosial şəbəkədəki səhifəsində yazıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
13
konkret.az

1Mənbələr