AZ

Kamçatkada zəlzələdən sonra Klüçevskoy vulkanı püskürüb

Klüçevskoy vulkanı Kamçatkada baş vermiş güclü zəlzələdən sonra püskürməyə başlayıb.

APA Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialına istinadən xəbər verir ki, Kamçatkada 1952-ci ildən bəri qeydə alınan ən güclü zəlzələdən sonra Klüçevskoy vulkanında püskürmə başlayıb.

“Hazırda Klüçevskoy püskürür”, – deyə qurumun “Telegram” kanalında yayımlanan məlumatda bildirilib və hadisəyə dair görüntülər də paylaşılıb.

Qeyd edək ki, Klüçevskoy vulkanı Avrasiya ərazisində ən hündür aktiv vulkan hesab olunur. Vulkan Ust-Kamçatsk rayonunun Klüçi qəsəbəsindən 30 km aralıda yerləşir. Qəsəbədə təxminən 4 500 nəfər əhali yaşayır.

Xatırladaq ki, Rusiyanın Kamçatka bölgəsində 8,7 bal gücündə güclü zəlzələ qeydə alınıb.

Seçilən
37
3
apa.az

5Mənbələr