“İnsanlar artıq süni intellektlə dostlaşır, hətta eşq elan edirlər”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis, İKT Mərkəzinin direktoru Fərid Kazımov bildirib. O, süni intellektə əlavə edilən yeni funksiyaların bizim üçün dələduzluq kimi risklərdən daha çox, asılılıq problemləri və digər bu tipli məsələlərin qabardılmasına gətirib çıxaracağını qeyd edib.
Ekspert deyib ki, süni intellekt dedikdə ilk növbədə onu başa düşməliyik ki, mövcud format olan süni intellekt deyil: pizza sifarişi
“Tam olaraq 5-10 il ərzində mövcud olacaq. İstifadə etdiklərimiz müəyyən şəbəkələr üzərində qurulanlardır və özlərindən nə isə verə bilmirlər. Yalnız mövcud kontent əsasında bunu edirlər.
Səsli cavab verdiyimiz iri sosial platformalarda təhlükə dedikdə, bu ola bilər ki, istifadəçilərin səsləri oğurlansın və yaxınlara həmin səsləri təqlid edərək səsli mesaj göndərilsin. Dələduzluq nöqteyi-nəzərdən belə ola bilər. Amma iri sosial platformalarda təhlükəsizlik məsələləri çox ciddi formada qorunur. Ona görə də istifadəçilərin həmin məsələ ilə bağlı problem yaşaya biləcəyi inandırıcı deyil.
Belə bir funksiya bir çox hallarda bizə yeni servislərin yaradılmasına imkan verəcək. Məsələn, elementar olaraq fikirləşsək ki, dünyada ən böyük problem tənhalıq problemidir. Bunun qarşısını almaq üçün sosial varlıq olan insanın kommunikasiya qurması lazımdır. Əgər süni intellekt vasitəsilə səsli cavablar yaranırsa, qocalar və tənha adamlar özünə virtual dost qazanmış olacaq”.
F.Kazımov bildirib ki, süni intellektin bir problemi də çıxıb ortaya ki, özündən asılı hala salır:
“Hətta Amerikada tibbi proqramlar yaradıblar ki, süni intellektdən asılılıq azalsın. Çünki insanlar özlərinə dost tapmış kimi süni intellektlə danışır, düşüncələrini bölüşürlər. Bu da asılılıq yaradır. Reallıq olduğu qədər bu tendensiya həm də bir problemdir.
Bundan əlavə olaraq, süni intellektə öz eşqini elan edənlər və məhəbbət hissi duyanlar da ortaya çıxıb. Bu da işin müəyyən müqayisəli tərəfidir ki, belə funksiyaların yaranması insanlara tənhalığı unutduracaq və onlar qarşı cinslə danışıb münasibət qurmaqdan imtina etmək səviyyəsinə çatacaqlar.
Bütün bunları nəzərə alanda, təhlükəli məqam bizim səsimizdən istifadə edilməyi yox, məhz belə asılılıq vəziyyətləri olacaqdır”.
Aytac Əliyeva
Telegram kanalımız