AZ

İran nüvə obyektlərinin təhlükəsizliyini özü təmin edəcək

İran mediası Ümumdünya Atom Enerjisi Agentliyi (IAEA) Qərb kəşfiyyat orqanlarının aləti olmaqda ittiham edib. Metbuat.az xəbər verir ki, bu iddia ilə İranın Ali Rəhbəri ilə bağlı olan “Kayhan” qəzeti çıxış edib. İddialar iyun ayında İranda qəbul edilmiş, agentliyin fəaliyyətlərinə məhdudiyyət qoyan qanundan sonra səsləndirilib. Belə ki, İran parlamenti iyun ayında agentliklə əməkdaşlığı dayandırmaq qərarı verib. Yeni qanuna əsasən, gələcək yoxlamalar Ali Rəhbər Əli Xameneinin nəzarətində olan Milli Təhlükəsizlik Şurasının razılığı ilə həyata keçiriləcək, nüvə obyektlərinin təhlükəsizliyi təmin olunacaq.Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqayi bildirib ki, agentliklə əməkdaşlıq üçün yeni mexanizm müzakirə olunur. Ümumdünya Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi texniki danışıqlara başlamağa hazır olduğunu açıqlayıb, ancaq yoxlamaların hələ baş tutmayacağını bildirib.

Qeyd edək ki, qəzet Qrossini İranın nüvə obyektlərinə hücumlarda rolu olmaqda ittiham edir və məhkəmə qarşısına çıxarıla biləcəyini qeyd edir.

Seçilən
29
metbuat.az

1Mənbələr