AZ

bp Azərbaycanda bərpa olunan enerji sahəsində peşə bacarıqlarının inkişafına yönəli layihəni tamamlayıb

 bp və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları Azərbaycanda bərpa olunan enerji sahəsində bacarıqların inkişafına yönəlmiş peşə təhsili layihəsini uğurla başa çatdırıblar.

Layihə çərçivəsində Bakı Dövlət Peşə Təhsil Mərkəzlərində iki müasir emalatxana yaradılıb və iqlim dəyişikliyi üzrə təlim modulu peşə təhsil proqramına daxil edilib. Emalatxanalar günəş və külək enerjisi avadanlıqları ilə təchiz olunaraq tələbələrə real sənaye bacarıqları qazanmağa imkan verir.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu təşəbbüs enerji keçidi üçün ixtisaslı yerli kadrların hazırlanmasına, həmçinin gənclər arasında ekoloji məsuliyyətin artmasına xidmət edir.

Layihə 2024-cü ilin mayında başlayıb və 2025-ci ilin iyulunda tamamlanıb. Onun ümumi dəyəri 322 min manat (təxminən 189,400 ABŞ dolları) təşkil edib və “World Skills Azerbaijan” İctimai Birliyi tərəfindən icra olunub.

bp 33 ildir Azərbaycanda fəaliyyət göstərir və indiyədək tərəfdaşları ilə birlikdə ölkəyə 87 milyard dollardan çox sərmayə yatırıb. Şirkətin sosial sərmayə proqramlarına 111 milyon dollardan artıq vəsait ayrılıb.

Seçilən
9
1
anews.az

2Mənbələr