AZ

Pumse üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək

Sentyabrın 1-i və 2-də pumse üzrə yeniyetmələr, gənclər və böyüklər arasında ölkə birinciliyi və çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, bu barədə Taekvondo Fedrasiyasının mətbuat xidməti məlumat yayıb.

İdmançılar 12–14 yaş (2011–2013), 15–17 yaş (2008–2010), 18–30 yaş (1995–2007) yaş kateqoriyaları üzrə fərdi və üçlük proqramında mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, yarış Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda baş tutacaq.

İdman.biz

Seçilən
16
1
idman.biz

2Mənbələr