AZ

"İrlandlar heç vaxt təslim olmur, amma qalib "Qarabağ" olacaq" - Etibar İbrahimov

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq. Komanda İrlandiyanın “Şelburn” kollektivini qəbul edəcək.

Oyundan gözləntilərini Redaktor.az-la bölüşən "Kəpəz"in keçmiş baş məşqçisi, premyer liqa təcrübəli Etibar İbrahimov bildirdi ki, kimin mərhələ adlayacağı artıq ilk oyunda cavablandırıldı.

""Qarabağ"ın 3-0-lıq qələbəsi, kimin mərhələ adlayacağını göstərdi. Biz bilirik ki, komandanın UEFA-da qazanacağı əlavə xallar komandaya da kömək olacaq. Düşünürəm ki, Qurban Qurbanov komandasının tam maksimal fokslandıra biləcək. Çünki Qurbanov daim öz ciddiliyi ilə seçilən məşqçilərdəndir və bütün oyunlara komandasını 100 faiz kökləyə bilir. Şəxsən özüm də həm “Şelburn”a, həm də İrlandiya millisinə qarşı oynadığım, komandamı da məşqçi kimi çıxartdığım üçün bilirəm ki, onlar heç vaxt təslim olmurlar, son dəqiqəyə kimi mübarizə aparırlar. Futboldur, düşünürlər ki, hər bir şey mümkündür. Baxmayaraq ki, "Qarabağ" komandasında bugünkü gün böyük itkilər var. Amma düşünürəm ki, bu mərhələni asanlıqla keçəcək və bugünkü qalib tərəf də həm azarkeşlərin dəstəyi ilə, həm də ki, komandanın gözəl oyunu ilə "Qarabağ" olacaq. Bu mərhələni adlamaq üçün komandada kifayət qədər güc var. Ancaq biz bilirik ki, növbəti rəqiblərimiz həqiqətən də güclü rəqiblərdir. Bunun üçün əminəm ki, Qarabağ öz seleksiyalarını davam etdirib daha da keyfiyyətli futbolçularla komandanı gücləndirəcək", - deyə o, fikirlərini yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
6
redaktor.az

1Mənbələr