AZ

Rusiya XİN: Trampın təhdidləri Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşmasına kömək etməyəcək

ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı təhdidləri Moskva ilə Vaşinqton arasında münasibətlərin normallaşmasına kömək edə bilməz.

Operativ Media xəbər verir ki bunu, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Heç kimdən gələn təhdidlər normallaşma proseslərinə müsbət təsir göstərə bilməz. Bu, sadəcə olaraq, praktiki suala nəzəri cavabdır. Nəzəri cavabdır, çünki bu, təbiətin qanunudur”, – diplomat brifinqdə deyib.

Onun fikrincə, əgər söhbət ölkələr arasında münasibətlərin normallaşdırılmasından gedirsə, bu zaman “təhdidlərə dair suallar izlərə çevrilməlidir”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, Rusiya Prezident Administrasiyası artıq Trampın bəyanatına cavab verib. “Qeyd olunub ki, ölkəmiz Vaşinqtonda verilən bəyanatı nəzərə alıb”, – Zaxarova xatırladıb.

Seçilən
12
operativmedia.az

1Mənbələr