AZ

Premyer Liqa mənsubu hücumçusunu icarəyə verdi

«Sumqayıt» yetirməsi Əjdər Hacılını icarəyə verib.

«Kimyaçılar» gənc hücumçunu «Difai»nin düşərgəsinə göndərib.

2004-cü il təvəllüdlü forvard növbəti mövsümdə I Liqada özünü göstərməyə çalışacaq.

Bu keçid «gənclər şəhəri» təmsilçisinin rəhbərliyinin sayəsində gerçəkləşib.

Qarabağ qazilərinin klubundan gələn təklifə isti yanaşan «Sumqayıt»lılar gənclər yığmasına namizəd oyunçunun aşağı liqada təcrübə toplamasına şərait yaradıb.

Ötən mövsüm Premyer Liqada səkkizinci yeri tutmuş komandanın geridə qalan həftələrdə Vüqar Mustafayev (karyerasını başa vurub), Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Cəloliddinov, Bobir Abdixolikov, Silvanus Nimeli, Uğur Cahangirov, Sərtan Taşkın və Giorgi Karaişvili ilə sağollaşmasını da yada salaq.

SPORTİNFO.AZ

Seçilən
18
sportinfo.az

1Mənbələr