AZ

Türkiyədə bu gün Bakı ilə İrəvan arasındakı sülh prosesi müzakirə ediləcək

Türkiyə Milli Təhlükəsizlik Şurası bu gün keçiriləcək iclasın gündəliyinə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələsini də daxil edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Türkiye Gazetesi” yazıb.
 

Mənbə qeyd edir ki, iclas prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək. Görüş zamanı Türkiyənin bir sıra mühüm təhlükəsizlik və xarici siyasət məsələləri müzakirə olunacaq.


Gündəlikdə aşağıdakı əsas məsələlər yer alır:

Cənubi Qafqazda vəziyyət və Bakı-İrəvan sülh prosesi, Yaxın Şərqdəki hadisələr fonunda Türkiyənin təhlükəsizliyinin gücləndirilməsi, Suriyadakı vəziyyət və Türkiyənin sərhəd təhlükəsizliyi, ölkədə baş verən meşə yanğınlarına qarşı mübarizə tədbirləri, "Terrorizmsiz Türkiyə" konsepsiyasının həyata keçirilməsi, PKK terror təşkilatının özünü buraxmasından sonra onun tərk-silah prosesi və digər məsələlər.

Qeyd edək ki, son dövrlərdə Türkiyə regionda sabitliyin və dayanıqlı sülhün təmin olunması üçün Azərbaycanla həmrəylik göstərərək Ermənistanla münasibətlərin normallaşması prosesini də yaxından izləyir və dəstəkləyir.

Bizim.Media

Seçilən
10
1
bizim.media

2Mənbələr