Ölkənin ən reytinqli komediya layihəsi olan "Komedixana"nın heyəti olduqca sevilir.
Hər həftəsonu "Xəzər" telekanalında yayımlanan layihəyə marağın necə böyük olduğu açıq-aşkar şəkildə özünü biruzə verir. Gün ərzində istər ictimai nəqliyyatda, istərsə də başqa yerlərdə telefonda bu proqrama baxan insanlarla qarşılaşırıq. Belə olan halda "Komedixana"nın aktyor və aktrisaları da izləyicilər üçün maraq doğurur.
Biz də həm bunu, həm də ölkəmizdə bürclərə də necə böyük bir maraq olduğunu nəzərə alaraq fərqli bir araşdırma etdik.
"Cebheinfo.az" "Komedixana"da çəkilən məşhurların bürclərini araşdırıb.
Maraqlıdır, sevilən ulduzların bürcü nədir?