
ABŞ Hindistana 25%-lik ticarət tarifləri tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerika Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında məlumat verib.
Onun məlumatına görə, bu tariflər avqustun 1-dən qüvvəyə minəcək.
Tramp qeyd edib ki, iki ölkə arasında dostluq münasibətləri olmasına baxmayaraq, ABŞ Hindistanla nisbətən az ticarət edir. Onun sözlərinə görə, buna səbəb Hindistanın tətbiq etdiyi yüksək tariflərdir.
Tramp həmçinin diqqəti Hindistanın hərbi texnikasının böyük hissəsini Rusiyadan aldığına və Rusiyanın enerji resurslarının Çinlə birlikdə ən böyük alıcısı olduğuna diqqət çəkib.