ABŞ prezidenti Donald Trampın ultimatumu danışıqların qeyri-məhsuldar formasıdır.
Publika.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.
O qeyd edib ki, hazırda iki ölkə arasında münasibətlərdə heç bir dəyişiklik yoxdur. O, Rusiya-ABŞ münasibətlərinin istiləşməsinin davam edəcəyinə ümid etdiyini bildirib.
"Biz ultimatumların dilində danışmamalıyıq. Ümid edirəm ki, Tramp bunun qeyri-məhsuldar söhbət forması olduğunu başa düşəcək və bundan sonra istiləşmə davam edəcək", - Çepa vurğulayıb.