AZ

"Simpsons"dan qorxuducu kəhanətlər: Trampın ölümü və Maskın qaranlıq sonu

Dəhşətli kəhanətləri ilə məşhur olan "The Simpsons" animasiya serialının yaradıcıları yeni mövsümdə İlon Mask və Donald Tramp haqqında qorxunc öncəgörmələr təqdim ediblər.

HİT.az xəbər verir ki, əfsanəvi serialın müəllifi Mett Qröyninq San-Dieqoda keçirilən "Comic-Con" festivalında çıxışı zamanı 37-ci mövsümdə yer alacaq gələcəyə dair bu ehtimalları bölüşüb. Həmişəki kimi, bu dəfə də "The Simpsons" gələcəklə bağlı mübahisəli, lakin düşündürücü ssenarilərlə gündəmdədir.

"Variety" nəşrinin məlumatına görə, Qröyninq serialın bir aktyor vəfat edənədək davam edəcəyini söyləyib. ABŞ-ın keçmiş prezidenti Trampın ölümünü həm zarafatla, həm də qorxulu bir şəkildə şərh edən Qröyninq deyib:

"Trampdan danışıram, o öldüyündə küçələr rəqs edən insanlarla dolacaq. Ta ki Prezident Vans rəqsi qadağan edənədək". Bu ifadə ABŞ-da siyasi və sosial xaosa işarə kimi qiymətləndirilir.

Qröyninq əlavə edib ki, serial Maskın Marsa enişini və orada tək qalmasını da əvvəlcədən göstərəcək:

"Maskın taleyi fəlakətli olacaq. Marsda tək qalacaq və uzaqdan ona səslənən insanların səsini eşidəcək". Bu ifadə kosmosun ümidsiz və qaranlıq bir həbsxanaya çevrilə biləcəyinə dair metafora kimi dəyərləndirilib.

Qröyninqin kəhanətləri bununla bitmir. O bildirib ki, ABŞ-ın azadlıq simvolu olan Azadlıq heykəli Fransaya geri göndəriləcək və Şimali Amerika "azadlıq" anlayışını unudacaq. Bundan əlavə, uşaqların valideynlərini siyasi bir "kult"dan xilas etməli olacağı, bunun isə televiziya kanallarını bağlamaqla mümkün olacağı deyilir.

Serialın prodüseri Selman Mark Simpsonun ölümünün yalnız alternativ gələcək ssenarisi olduğunu və serialda konkret bir sonun planlaşdırılmadığını bildirib. Bununla belə, "The Simpsons" serialının gələcəyə dair qaranlıq və sarsıdıcı kəhanətləri izləyiciləri düşündürməkdə davam edir.

Samir

Seçilən
8
hit.az

1Mənbələr