AZ

“Tramp Braziliyanın suverenliyini görməməzliyə vurur” Lula da Silva

Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva ABŞ-ın keçmiş prezidenti Donald Trampın Braziliyaya qarşı təzyiq siyasətini tənqid edib.

News365.az xəbər verir ki, dövlət başçısı bu fikirləri “The New York Times” qəzetinə verdiyi müsahibəsində səsləndirib.

Lula bildirib ki, Trampın yanaşması Braziliyanın suverenliyini heçə saymaq cəhdidir:

“Donald Tramp ölkəmizin müstəqilliyini görməməzliyə vurur və Braziliyaya qarşı siyasi-iqtisadi təzyiqlər göstərməyə çalışır. Bu, qəbuledilməzdir.”

Prezidentin sözlərinə görə, Braziliya ticarət və gömrük tarifləri məsələsinə həmişə ciddi yanaşır. Lakin bu, ölkənin ABŞ kimi güclü dövlətlər qarşısında geri çəkiləcəyi demək deyil:

“Biz ABŞ-ın iqtisadi imkanlarını və texnoloji üstünlüklərini tanıyırıq. Amma bu bizi nə qorxudur, nə də öz mövqeyimizi dəyişməyə vadar edir. Braziliya müstəqil və prinsipial dövlət olaraq qalacaq.”

Lula da Silva vurğulayıb ki, beynəlxalq münasibətlər qarşılıqlı hörmət üzərində qurulmalı və heç bir dövlət digərinə diqtə etməyə çalışmamalıdır.

News365.az

Seçilən
10
news365.az

1Mənbələr