AZ

60 yaşlı aktyor çimərlikdə öldü

İsrailli aktyor Alon Abutbul 60 yaşında vəfat edib.

 

Aktyor İsraildə dənizdə çimdikdən sonra sahilə çıxıb. Özünü pis hiss edən aktyor huşunu itirib. Hadisə yerinə gələn həkimlər onu həyata qaytara bilməyiblər.

 

Qeyd edək ki, Alon “Qaranlıq cəngavər yüksəlir”, “Əkiz zirvələr”, "Rembo III", "MK Ultra", "Beyrut" adlı ekran işlərində rol alıb./"Unikal"

Tarix: 30 İyul 2025, 17:11   
Seçilən
22
9
pravda.az

10Mənbələr