AZ

ƏƏSMN saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

ƏƏSMN
Son günlər sosial şəbəkələrdə və “WhatsApp” vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) adından müxtəlif məzmunlu iş elanlarının yayıldığı müşahidə olunur. 1news.az xəbər verir ki, Nazirlik bununla bağlı açıqlama yayaraq, sözügedən elanların saxta olduğunu bildirib. Qeyd olunub ki, bu cür elanlar vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsinə və onlardan pul vəsaitinin oğurlanmasına səbəb ola bilər.
Nazirlik vətəndaşlara müraciət edərək, saxta elanlara inanmaqdan çəkinməyə, tanımadıqları mənbələrdən gələn bu tipli mesajlara cavab vermədən dərhal blok etməyə çağırıb. Vətəndaşlara yalnız rəsmi mənbələrə inanmaq tövsiyə olunub. Bildirilib ki, Nazirlik və ona tabeli qurumlar tərəfindən elan olunan bütün rəsmi vakansiyalar yalnız "Əmək və Məşğulluq" altsistemində (emas.sosial.gov.az) yerləşdirilən vakansiya bankı vasitəsilə təqdim olunur.

ƏƏSMN bir daha vətəndaşlara yalnız Nazirliyin və tabeli qurumlarının rəsmi kanallarında yayımlanan məlumatlara etibar etməyi tövsiyə edib.

Seçilən
21
1news.az

1Mənbələr