AZ

Almaniya və Ermənistan sülh prosesini müzakirə etdi

BAKI, 30 iyul. TELEQRAF

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Nyu-Yorkda (ABŞ) Almaniyanın xarici işlər üzrə dövlət naziri Florian Xaxn ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi gündəmini müzakirə edib, onlara yeni təkan vermək üçün ikitərəfli səfərlərin vacibliyini vurğulayıblar.

İqtisadi, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa toxunulub.

Ermənistan xarici işlər nazirinin müavini və Almaniya dövlət naziri Cənubi Qafqaz (Ermənistan-Azərbaycan sülh prosesi) və Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, çoxtərəfli platformalarda gələcək əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər.

Seçilən
12
1
teleqraf.com

2Mənbələr