AZ

Afrika qitəsindən Azərbaycana nə qədər turist gəlib?

Bu ilin yanvar-iyun aylarında Afrika ölkələrindən Azərbaycana 7,8 mindən çox vətəndaş səfər edib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz çoxdur.

Dövlət Turizm Agentliyinin hesabatına əsasən, cari ilin iyun ayında qeyd edilən regiondan ölkəyə 1,4 mindən çox şəxs gəlib.

2025-ci ilin yanvar-iyun aylarında Afrika ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:

Əlcəzair – 345

Mərakeş – 315

Keniya – 153

Sudan – 141

Cənubi Afrika – 115

Tunis – 87

Komor adaları – 61

Nigeriya – 37

Efiopiya – 28

Uqanda – 18

Seçilən
42
vergiler.az

1Mənbələr