AZ

Liqa 1 çempionu ukraynalı futbolçu ilə anlaşıb

PSJ “Bornmut”un müdafiəçisi İlya Zabarnının transferi üçün danışıqları davam etdirir.

Apasport.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

“Bornmut”la danışıqlar davam edir və ukraynalı futbolçunun məhz PSJ-yə keçmək istəyi əsas amillərdən biridir. Halbuki “Tottenhem” Zabarnı üçün 70 milyon avro ödəməyə hazırdır. Ancaq onun özü yalnız PSJ-yə keçmək istəyir və artıq Paris klubu ilə 5 illik müqavilə şərtlərini razılaşdırıb.

Bundan bir neçə gün əvvəl PSJ İngiltərə klubuna şifahi olaraq 60 milyon avro və əlavə bonuslar təklif edib. Bu təkliflə “Bornmut”un istədiyi məbləğ arasında fərq 5 milyon avrodan azdır, ancaq rəsmi razılıq hələ əldə olunmayıb.

22 yaşlı futbolçu son Premyer Liqa mövsümündə 36 oyunda iştirak edib.

“Mançester Yunayted”in Qarnaço planı

Caka İngiltərə klubunda - Rəsmi

"Barselona" bu tarixdə "Camp Nou"ya qayıdacaq

Luis Diazın yeni ünvanı bəlli oldu - Rəsmi

Adı “Qarabağ”la hallanan forvard BƏƏ klubuna keçib

Seçilən
13
1
apasport.az

2Mənbələr