ABŞ Hindistana avqustun 1-dən qüvvəyə minəcək 25%-lik rüsumlar tətbiq edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabında paylaşım edib.
O qeyd edib ki, iki ölkə arasında dostluq münasibətlərinə baxmayaraq, ABŞ Hindistanla nisbətən az ticarət edir.
Tramp diqqəti Hindistanın “hərbi texnikasının böyük hissəsini həmişə Rusiyadan aldığına” və həmçinin Rusiyanın enerji resurslarının “Çinlə birlikdə ən böyük alıcısı” olduğuna diqqət çəkib.
“Bununla əlaqədar olaraq, Hindistan avqustun 1-dən etibarən yuxarıda göstərilənlərə görə 25% rüsum və cərimə ödəyəcək”, – ABŞ prezidenti yazıb.