İsrailin blokada saxlayaraq bomba yağdırdığı Qəzzada insanlar aclıqdan qırılırlar.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi günlük hesabatında məlumat açıqlayıb.
Nazirlikdən bildirilib ki, Qəzzada qida çatımazlığı savaşın vurduğu dəhşətli zərbələrlə yanaşı, böyük fəlakət yaradıb: "İnsanlar göz görə-görə acından ölürlər. Son 24 saatda 7 nəfər aclıqdan ölüb, onlarla insan isə ölüm ayağındadır".
Nazirlik əlavə edib ki, indiyə qədər 154 nəfər aclıqdan dünyasını dəyişib: "Artıq vəziyyət həddə çatıb ki, bu səbəbdən ölüm halları sürətlə artacaq."
Tahir Şəlvəli
MİA.AZ